Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-04-09,
Seanews
Heyder Eliyev

Dənizçilik sahəsində investisiya qərarları üçün süni intellekt platforması yaradılıb

Dənizçilik texnologiyaları sahəsində fəaliyyət göstərən "Motion Ventures" dənizçilik tədarük zəncirinin rəqəmsallaşdırılması və dekarbonizasiyası üzrə qərarvermə prosesini sürətləndirir. İnvestisiya şirkəti bunun üçün süni intellekt əsaslı "Motion Intelligence" platformasını təqdim edib.

“Seanews.az” xəbər verir ki, yeni sistem bazar araşdırması, potensial layihələrin tapılması və onların qiymətləndirilməsi kimi pərakəndə prosesləri vahid rəqəmsal məkanda birləşdirir.

Şirkətin təsisçisi Şon Hon bildirib ki, platforma pərdəarxasında xüsusi bir investisiya analitiki kimi çalışaraq, vaxt aparan texniki işləri avtomatlaşdırır və komandaların daha tez qərar verməsinə şərait yaradır. Yeni süni intellekt sistemi investisiya tezislərinin hazırlanmasından tutmuş, startapların risk analizinin aparılmasına və yekun hesabatların tərtibinə qədər bütün mərhələləri əhatə edir.

"Motion Intelligence" həmçinin dənizçilik sektorundakı yeni texnologiyalar və rəqabət mühiti haqqında strukturlaşdırılmış məlumatlar təqdim edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır