Gəmiçilikdə bir ilk: Hava naviqasiyası və real vaxt rejimində yanacaq qiymətləri vahid platformada birləşdirilidi
"StormGeo" və "Tideform" gəmiçilik sənayesində rəqəmsal transformasiya baxımından bir ilkə imza atıb. Bu şirkətlər hava proqnozuna əsalanan naviqasiya ilə maliyyə məlumatlarını vahid platformada birləşdiriblər.
“Seanews.az” xəbər verir ki, bu yenilik sayəsində "StormGeo"nun marşrut optimallaşdırılması sisteminə "Tideform"un real vaxt rejimində yenilənən bunker (yanacaq) qiymətləri birbaşa inteqrasiya edilib. Beləliklə, gəmi operatorları sənayedə ilk belə xüsusiyyət kimi həm hava şəraitini, həm də ən sərfəli yanacaq təkliflərini artıq tək pəncərədə, anlıq olaraq izləyə biləcəklər.
Bu inteqrasiya pərakəndə və gecikmiş məlumatlardan asılılığı aradan qaldıraraq, yanacaq xərclərinə nəzarəti tamamilə yeni səviyyəyə çatdırır. "StormGeo"nun bunker satışı üzrə qlobal rəhbəri Culi Nilsen bildirib ki, bu addım müştərilərə planlaşdırma və satınalma prosesində qeyri-müəyyənliyi minimuma endirmək imkanı verir. "Tideform"un baş icraçı direktoru Kennet Culs isə vurğulayıb ki, qiymət kəşfiyyatının birbaşa marşrut platformasına daxil edilməsi dənizçilik əməliyyatlarında daha sürətli və dəqiq qərarların qəbul edilməsinə şərait yaradır.
Hazırda "StormGeo" müştəriləri üçün istifadəyə verilən bu texnoloji yenilik gələcəkdə gəmiçilik idarəçiliyinin tam rəqəmsallaşması yolunda mühüm bir mərhələ hesab olunur.

