Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-11,
Seanews
Heyder Eliyev

“Wärtsilä” yeni nəsil gəmi idarəetmə simulyatorunu təqdim edib

"Wärtsilä" texnologiya qrupu rəqəmsal naviqasiya və mürəkkəb gəmi əməliyyatları üzrə təlimləri dəstəkləmək məqsədilə yeni nəsil “NTPRO 7” gəmi idarəetmə simulyatorunu istifadəyə verib.

“Seanews.az” xəbər verir ki, simulyator "Unreal Engine 5" mühərriki əsasında hazırlanmış “RealSea” vizuallaşdırma texnologiyası və təkmil səs sistemi ilə təchiz edilib. Bu, gəmidəki real mühiti maksimum dəqiqliklə əks etdirir.

Platformaya süni intellektlə idarə olunan səsli komanda tanıma sistemi və külək mühərrikli gəmilərin idarə edilməsi üçün xüsusi təlim alətləri əlavə edilib. Yeni texnologiya S-100 standartlarına uyğun rəqəmsal naviqasiya təlimlərini dəstəkləyir və "Wärtsilä Navi-Sailor" (ECDIS) sistemini özündə birləşdirir.

Simulyatorun naviqasiya təlimləri üçün tam yararlı olduğunu DNV tərəfindən verilmiş uyğunluq bəyannaməsi də təsdiqləyir. "Wärtsilä Marine" şirkətinin simulyasiya və təlim üzrə direktoru Yohan Ekvall bildirib ki, “NTPRO 7” müasir gəmi körpücüklərindəki əməliyyat mühitini tam əks etdirir və heyətin gələcək texnoloji dəyişikliklərə hazırlanmasında mühüm rol oynayacaq.

İki illik sınaq mərhələsindən keçən platformanın 2026-cı ilin may ayından etibarən kommersiya məqsədilə satışa çıxarılması planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır