Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-11,
Seanews
Heyder Eliyev

Gəmiçilikdə uzaqdan idarəetmə texnologiyaları üzrə növbəti addım atılıb

DNV təsnifat cəmiyyəti və Sinqapur Texnologiya İnstitutu (SIT) gələcəyin avtonom gəmiçiliyinə keçidi sürətləndirmək üçün strateji əməkdaşlığa imza atıblar.

“Seanews.az” xəbər verir ki, bu tərəfdaşlıq Sinqapurda məsafədən idarə olunan və avtonom gəmiçilik imkanlarının inkişafına hədəflənib. Razılaşma çərçivəsində tərəflər dənizçilik əməliyyatlarının sahildən – Məsafədən Əməliyyat Mərkəzləri (ROC) vasitəsilə idarə olunması üçün texniki və operativ standartlar hazırlayacaqlar.

Layihənin ilkin mərhələsi bunker gəmilərinin rəqəmsal idarəetmə sistemlərinə inteqrasiyasını nəzərdə tutur. Bu prosesdə SIT-in "Gələcək gəmi və sistem dizaynı laboratoriyası" mərkəzi rol oynayaraq. Laboratoriya həm texniki baza, həm də heyət üçün yeni təlim çərçivələri yaradacaq.

DNV rəsmisi Şahrin Osmanın sözlərinə görə, bu əməkdaşlıq sənaye, elm və tənzimləyici qurumlar arasında bilik mübadiləsini təmin edərək, dənizçilikdə insan amilinin texnologiya ilə ən təhlükəsiz və səmərəli şəkildə birləşdirilməsinə xidmət edəcək.

Bu təşəbbüs dənizçilik dünyasında yalnız texnoloji yenilik deyil, həm də gələcəyin dəniz zabitlərinin hazırlığı və gəmi idarəetmə prinsiplərinin yenidən yazılması deməkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır