İlk ISO 5909 standartlı elektron konosament (eBL) təqdim edilib
Qlobal Gəmiçilik Biznes Şəbəkəsi (GSBN) "COSCO SHIPPING Lines" və "Shanghai OG Enterprises" şirkətləri ilə əməkdaşlıq çərçivəsində ISO 5909 standartına uyğun ilk elektron konosamenti (eHBL) uğurla istifadəyə verib.
"Seanews.az" xəbər verir ki, "IQAX eBL" sistemi vasitəsilə idarə olunan rəqəmsal sənədlərin buraxılması, ötürülməsi və təhvil verilməsi prosesi cəmi 24 saatdan az müddətdə tamamlanıb.
Yeni ISO 5909 standartı tədarük zəncirində iştirak edən gömrük, bank və sığorta qurumları üçün vahid rəqəmsal dil formalaşdırır. BMT-nin "Buy Ship Pay" modelinə əsaslanan bu standart həm multimodal (dəniz, dəmir yolu, avtomobil), həm də müxtəlif növ yük daşımalarını (konteyner və tökmə quru yük) əhatə edir.
Bu yenilik dəniz ticarətində sənədləşmə prosesinin sürətlənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addım hesab olunur.

