Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-11,
Seanews
Heyder Eliyev

Dənizçilikdə 5G rabitəsini genişləndirmək üçün yeni hibrid yerüstü-peyk şəbəkəsi qurulur

"Telefonica Espana" və peyk operatoru "Sateliot" şirkətləri uzaq dəniz zonalarında 5G bağlantısını təmin etmək məqsədilə yeni hibrid yerüstü-peyk şəbəkə arxitekturası yaradacaq.  

"Seanews.az" xəbər verir ki, razılaşmaya əsasən, tərəflər yerüstü mobil infrastruktur ilə alçaq orbitli (LEO) peykləri birləşdirən "5G New Radio Non-Terrestrial Networks" (NR-NTN) texnologiyası üzərində əməkdaşlıq edəcək. Bu tərəfdaşlıq ənənəvi şəbəkələrin əhatə dairəsindən kənarda qalan uzaq dəniz və quru bölgələrində rabitə imkanlarını genişləndirməklə yanaşı, həm də təhlükəsizlik və müdafiə sahəsindəki tətbiqləri dəstəkləmək məqsədi daşıyır.

Müqavilə çərçivəsində "Sateliot" özünün alçaq orbitli peyk platformasını təqdim edəcək, "Telefonica" isə 5G texnologiyasının müdafiə və təhlükəsizlik ehtiyaclarına, o cümlədən hərbi tətbiqlərə və yerüstü sistemlərlə qarşılıqlı fəaliyyətə uyğunlaşdırılmasına fokuslanacaq.

Şirkətlər gələcəkdə mürəkkəb əməliyyat şəraitində rabitənin kəsilməməsi üçün sənaye tipli "Əşyaların İnterneti" (IoT), infrastruktur monitorinqi, logistika və dənizçilik xidmətləri üzrə birgə pilot layihələrin icrasını planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır