RoRo və RoPax gəmiləri üçün yeni tətbiq istifadəyə verilib
"Stena Line" və "NAPA" şirkətləri RoRo və RoPax tipli gəmilər üçün stabilliyin idarə edilməsi və yük planlaşdırılması üzrə yeni rəqəmsal platformanı istifadəyə verib.
"Seanews.az" xəbər verir ki, hazırda Göteborq–Kil marşrutunda sınaqdan keçirilən bu texnologiya gəmi zabitlərinin yük planlaşdırmasına sərf etdiyi vaxtı 1,5 saatdan cəmi 10 dəqiqəyə endirir. Əvvəllər əl ilə icra edilən və vaxt aparan məlumat girişləri artıq birbaşa bronlaşdırma sistemindən avtomatik idxal olunur.
Yeni platforma yükün növü, çəkisi və təhlükəli malların təsnifatı kimi məlumatları emal edərək stabillik hesablamalarını real vaxt rejimində aparır. Həmçinin sistem süni intellekt dəstəyi ilə yükün ən optimal şəkildə yerləşdirilməsini təklif edir. Bundan əlavə, rəqəmsal planlar sahil komandaları ilə paylaşılır ki, bu da fövqəladə hallarda təhlükəli yüklərin dəqiq yerini dərhal müəyyən etməyə imkan verir.

