“Idsure” dənizçilikdə rəqəmsal sertifikat sistemi üçün 600 min avro investisiya cəlb edib
Dənizçilik sektoru üçün rəqəmsal identifikasiya və sertifikat infrastrukturu hazırlayan “Idsure” 600 min avro həcmində ilkin investisiya cəlb etdiyini açıqlayıb.
“Seanews.az” şirkətə istinadla xəbər verir ki, vəsait bayraq dövlətləri və təlim mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsinə, həmçinin gəmi idarəçiləri, işəgötürənlər və dənizçilər üçün tətbiqlər hazırlayan xidmət təminatçıları şəbəkəsinin inkişafına yönəldiləcək.
“Idsure”un hazırladığı platforma aviasiya səviyyəli identifikasiya texnologiyası və blokçeyn əsaslı qorunan sertifikat sistemi üzərində qurulub. Sistem saxtalaşdırılması mümkün olmayan rəqəmsal sənədlərin yaradılmasına və QR kod vasitəsilə sertifikatların dərhal yoxlanılmasına imkan verir.
Şirkətin məlumatına görə, platforma Dənizçilərin Hazırlığı, Sertifikatlaşdırılması və Növbə Çəkməsi üzrə Beynəlxalq Konvensiyanın (STCW), eləcə də Beynəlxalq Əmək Təşkilatının tələblərinə uyğun hazırlanıb.
Texnologiyanın ilk tətbiqləri sırasında “Bahamas Maritime Authority” ilə rəqəmsal dənizçi kitabçaları və sertifikatların istifadəsi, “Columbia Shipmanagement” ilə ekipaj sertifikatlarının pilot layihəsi, həmçinin “SITA” ilə identifikasiya infrastrukturu üzrə əməkdaşlıq yer alır.

