Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-11,
Seanews
Heyder Eliyev

DNK gəmilər üçün saxta siqnallara qarşı proqram istifadəyə verib

Norveçin hərbi risk sığortaçısı “Den Norske Krigsforsikring for Skib” (DNK) gəmilərdə Qlobal Peyk Naviqasiya Sistemi (GNSS) siqnallarının qarışdırılması və saxtalaşdırılmasına qarşı yeni təhlükəsizlik proqramı istifadəyə verib.

“Seanews.az” xəbər verir ki, şirkət bunu gəmiçilik sənayesində sığorta ilə əlaqələndirilmiş ilk alternativ mövqetəyinetmə, naviqasiya və zamanlama (A-PNT) proqramı adlandırır.

Proqram çərçivəsində üzv şirkətlər “Iridium Communications” şirkətinin aşağı orbitli peyk şəbəkəsinə əsaslanan sistemlərə çıxış əldə edəcək. Texnologiyanı tətbiq edən gəmilər üçün isə sığorta güzəştləri nəzərdə tutulur.

DNK bildirib ki, son beş ildə xüsusilə Qara dəniz, Baltik dənizi, Fars körfəzi və Qırmızı dənizdə GNSS siqnallarına müdaxilə halları kəskin artıb və bu, kommersiya gəmiçiliyi üçün ciddi risk yaradır.

Yeni sistem siqnalların qarışdırılması və saxtalaşdırılması hallarını müəyyən etməyə, həmçinin gəmi heyətinə daha etibarlı naviqasiya məlumatı təqdim etməyə imkan verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır