Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-11,
Seanews
Heyder Eliyev

“ESL Shipping” donanmanın optimallaşdırılması üçün kvant hesablamalarının imkanlarını araşdıracaq

Finlandiyanın “ESL Shipping” gəmiçilik şirkəti donanmanın idarə olunması və əməliyyat planlamasının optimallaşdırılması məqsədilə kvant hesablamalarının tətbiqini araşdırmağa başlayıb. Şirkət bu istiqamətdə “Ağıllı Donanma Optimallaşdırılması” adlı çoxillik tədqiqat layihəsinə start verib.

“Seanews.az” xəbər verir ki, layihə yük axınlarının idarə olunması, gəmi tutumlarının bölüşdürülməsi, marşrut seçimi, emissiyaların azaldılması və kommersiya prioritetlərinin eyni vaxtda optimallaşdırılması kimi mürəkkəb əməliyyat problemlərinə yönəlib.

“ESL Shipping” bu məqsədlə Finlandiyanın “QMill Oy” şirkəti ilə əməkdaşlıq edir. Tərəflər klassik kompüter sistemləri ilə kvant alqoritmlərini birləşdirən “hibrid optimallaşdırma” modelini real əməliyyat məlumatları üzərində sınaqdan keçirəcəklər.

Şirkətin açıqlamasına görə, kvant hesablamaları xüsusilə çoxsaylı dəyişənlərin daim dəyişdiyi tramp gəmiçiliyində (qeyri-müəyyən marşrutu və cədvəli olan) qərarvermə prosesini sürətləndirə və yanacaq sərfiyyatı ilə emissiyaların azaldılmasına kömək edə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır