Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-11,
Seanews
Heyder Eliyev

Gəmi marşrutlarına nəzarət indi real vaxtda telefondan mümkün olacaq

Yaponiyanın hava və dəniz məlumatları üzrə ixtisaslaşmış “Weathernews” şirkəti sahil ofisləri üçün nəzərdə tutulmuş “SeaNavigator Mobile” mobil tətbiqini istifadəyə verib.

“Seanews.az” xəbər verir ki, iOS və Android platformaları üçün hazırlanan tətbiq real vaxt rejimində gəmilərin izlənməsi, AIS əsaslı xəbərdarlıqlar və reys planlarının mobil şəkildə təsdiqlənməsi imkanlarını təqdim edir. Şirkət bildirir ki, tətbiq telefon və e-mail üzərindən həyata keçirilən vaxt aparan prosesləri əvəz etməyə hesablanıb.

Məlumata görə, əvvəllər təxminən 24 saat çəkən marşrut dəyişikliyinin təsdiqi prosesi tətbiq vasitəsilə cəmi 30 dəqiqəyə tamamlanıb. Sistem həmçinin gəminin sürət azalması və ya drift vəziyyətinə düşməsi kimi halları avtomatik aşkarlaya bilir.

“Weathernews” yaxın gələcəkdə tətbiqə avtomatik plan göndərişi, marşrutdan yayınma xəbərdarlıqları və ETA (gəminin təxmini çatma vaxtı) dəyişikliklərinin idarə olunması kimi yeni funksiyalar əlavə etməyi planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır