Gəmi operatorları üçün yeni rəqəmsal izləmə sistemi istifadəyə verilib
“StormGeo” gəmi əməliyyatlarının real vaxt rejimində izlənməsi üçün “Voyage Intelligence” platformasını genişləndirib. Şirkət bu məqsədlə ana şirkəti “Alfa Laval” ilə birgə layihə çərçivəsində mühərrik və gövdə məlumatlarının avtomatik toplanmasına başlayıb.
“Seanews.az” xəbər verir ki, yeni inteqrasiya çərçivəsində gəmi avadanlıqlarından əldə olunan sensor məlumatları hava şəraiti, marşrut optimallaşdırılması, naviqasiya, emissiya hesabatları və bunker məlumatları ilə birləşdiriləcək.
Şirkətlər bildiriblər ki, sistem gəmi operatorlarına real vaxt rejimində texniki vəziyyəti izləməyə, yanacaq səmərəliliyini artırmağa və texniki xidmət xərclərini azaltmağa kömək edəcək.
Məlumatların eyni zamanda avadanlıqların vəziyyətə əsaslanan monitorinqi və qabaqlayıcı texniki xidmət üçün istifadə olunacağı qeyd edilir.

