Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-11,
Seanews
Heyder Eliyev

"Lloyd’s Register" gəmi sahibləri üçün rəqəmsal transformasiya xidmətlərini genişləndirir

Beynəlxalq təsnifat cəmiyyəti "Lloyd’s Register" (LR) gəmi sahiblərinə rəqəmsal transformasiya prosesində dəstək məqsədilə məsləhət, audit və proqram təminatı xidmətlərini əhatə edən yeni həllər paketini təqdim edib.

“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.  

Təsnifat cəmiyyəti bildirir ki, dənizçilik sektoru daha sərt tənzimləmələrə uyğunlaşmaq, əməliyyat səmərəliliyini artırmaq və gəmidəki sistemləri daha effektiv idarə etmək üçün rəqəmsal texnologiyalara daha çox investisiya yatırır. Bununla belə, bir çox operatorlar bu investisiyaları real əməliyyat və kommersiya nəticələrinə çevirməkdə çətinlik çəkirlər.

Bu məqsədlə "Lloyd’s Register" rəqəmsal hazırlıq səviyyəsini qiymətləndirən "Digital Maturity Index" (DMI), rəqəmsal transformasiya üzrə məsləhət xidmətləri və yeni rəqəmsal audit çərçivəsini vahid sistemdə birləşdirib. Məlumata görə, DMI artıq dünyanın 50-dən çox dənizçilik şirkəti tərəfindən tətbiq olunub.

"LR" hesab edir ki, süni intellekt, uzaqdan idarəetmə mərkəzləri və gələcəkdə avtonom gəmilərin inkişafı fonunda rəqəmsal transformasiya texnologiyadan daha çox strateji məsələ kimi qiymətləndirilməlidir. Şirkətin son araşdırmasına əsasən, dənizçilik mütəxəssisləri arasında rəqəmsal texnologiyalardan istifadəyə maraq son dövrdə 6 faiz artıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır