Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-11,
Seanews
Heyder Eliyev

Gəmilər üçün metanol yanacağına keçid həlli hazırlanıb

ABŞ-nin "Oak Ridge National Laboratory" (ORNL) və "Caterpillar Inc." şirkətinin birgə hazırladığı yeni ikiyanacaqlı yanma sistemi daxili su yollarında və sahilyanı marşrutlarda işləyən gəmilərin metanol yanacağından istifadəsini asanlaşdıra bilər.

“Seanews.az” xəbər verir ki, yeni texnologiya metanolun alışdırılması problemini həll etmək üçün az miqdarda dizel yanacağından istifadə edir. Beləliklə, sıxılma ilə alışan dizel mühərrikləri geniş iş rejimlərində metanol-dizel qarışığı ilə işləyə bilir.

Layihə rəhbəri "ORNL" əməkdaşı Derek Splitterin sözlərinə görə, sistem mühərrikin gücünü azaltmadan onun yanacaq sərfiyyatında metanolun payını 75 faizdən yuxarı qaldırmağa imkan verir.

Mütəxəssislər bildirirlər ki, texnologiyanın tətbiqi müəyyən mühərrik yeniləmələri tələb etsə də, tam mühərrik dəyişdirilməsinə ehtiyac yaratmır və gəminin həm dizel, həm də ikiyanacaqlı metanol rejimində işləməsinə imkan verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır