“WinGD” “CMB.TECH” üçün ilk ammonyak mühərrikinin sınaqlarını uğurla başa vurub
İsveçrənin mühərrik istehsalçısı “WinGD” şirkəti “CMB.TECH” üçün inşa olunan 210 min DWT-lik balker gəmisində quraşdırılacaq ilk X72DF-A ammonyak mühərrikinin zavod qəbul sınaqlarını uğurla tamamlayıb.
“Seanews.az” xəbər verir ki, Çində “CSSC Engine Co” (CSE) müəssisəsində keçirilən sınaqlar “Lloyd’s Register”, “American Bureau of Shipping” və “China Classification Society” nümayəndələrinin iştirakı ilə baş tutub.
72 porşenli mühərrik “CMB.TECH”in sifariş etdiyi 10 ədəd ammonyakla işləməyə hazır “Newcastlemax” tipli balker seriyasının ilk gəmisində quraşdırılacaq. Şirkətin məlumatına görə, mühərrik ammonyak yanacağı ilə işləyərkən dizel mühərrikləri ilə müqayisə oluna bilən effektivlik nümayiş etdirib və istixana qazı emissiyalarını 90%-dən çox azaltmağa imkan verir.
“WinGD” indiyədək müxtəlif gəmi seqmentləri üzrə ümumilikdə 40 ədəd X-DF-A ammonyak mühərriki üçün sifariş alıb ki, bu da gəmiçilik sənayesində ammonyak yanacağına marağın artdığını göstərir.

