Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-11,
Seanews
Heyder Eliyev

Açıq dəniz naviqasiyası üçün “insansız körpü” konsepsiyası qiymətləndirilir

Cənubi Koreyanın texnologiya şirkəti “Avikus”, onun ana şirkəti “HD Hyundai Heavy Industries”, “Polaris Shipping” və “American Bureau of Shipping” (ABS) açıq dənizdə aşağı riskli şəraitdə istifadə olunacaq “şərti insansız körpü” (Conditional Unmanned Bridge) sisteminin hazırlanması üzrə birgə tədqiqat layihəsinə başlayıb.

“Seanews.az” xəbər verir ki, layihə açıq okean keçidləri zamanı gəmi körpüsünün ekipajsız idarə olunması imkanlarını qiymətləndirməyi, həm təhlükəsizliyi artırmağı, həm də əməliyyat xərclərini azaltmağı hədəfləyir. Sınaqlar üçün 325 min ton yükqaldırma qabiliyyətinə malik çox böyük filizdaşıyan gəmi (VLOC) seçilib.

“Avikus” bildirib ki, insansız körpü konsepsiyası gələcəkdə Beynəlxalq Dəniz Təşkilatı (IMO) tərəfindən qəbul edilmiş MASS (Maritime Autonomous Surface Ships) qaydaları çərçivəsində bazara çıxacaq ilk avtonom gəmiçilik həllərindən biri ola bilər. Qaydaların məcburi tətbiqinin isə 2030-cu ildən başlaması gözlənilir.

Layihə çərçivəsində “Polaris” əməliyyat məlumatlarını təqdim edərək ekipajlı və ekipajsız rejimlər arasındakı sərhədlərin müəyyənləşdirilməsinə kömək edəcək. “Avikus” texniki tələbləri hazırlayacaq, “HD Hyundai” gəmi dizaynında tələb olunan dəyişiklikləri həyata keçirəcək, ABS isə konsepsiyanın təhlükəsizliyini və beynəlxalq qaydalara uyğunluğunu qiymətləndirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır