Gəmiçilik üçün avtonom idarəetmə platforması təqdim edilib
ABŞ-nin dəniz texnologiyaları şirkəti “Fleetzero” yükdaşımaların ənənəvi gəmilər üçün çətin və ya iqtisadi cəhətdən səmərəsiz olduğu marşrutlara çıxışını genişləndirəcək həll tapıb. Bu, yeni inteqrasiya olunmuş avtonom idarəetmə platformasıdır.
“Seanews.az” xəbər verir ki, şirkətin məlumatına görə, yeni sistem avtonom yükdaşımalar üçün zəruri komponentləri özündə cəmləşdirir: bunlar gəmi idarəetməsi, bort avadanlıqları və hərəkətverici texnologiyalardır.
“Fleetzero” bildirib ki, platforma gəmi naviqasiyası, idarəetmə və hərəkətverici sistemlərin inteqrasiyasını təmin etməklə ekipaj tələbatını azaltmağa və yükdaşımaları daha çevik həyata keçirməyə imkan verəcək.
Şirkət həmçinin akkumulyatorla işləyən gəmilər və avtonom texnologiyalar üzərində işlərini davam etdirdiyini və platformanın təkmilləşdirilməsi istiqamətində inkişaf prosesinin sürdüyünü qeyd edib.

