Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-11,
Seanews
Heyder Eliyev

Avropa İttifaqı gəmi emissiyalarını azaltmaq üçün süni intellekt layihəsini dəstəkləyir

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən AIMPERES layihəsi istismarda olan gəmilərdə yanacaq sərfiyyatını və zərərli emissiyaları azaltmağı hədəfləyir.

“Seanews.az” xəbər verir ki, layihə üçün “Horizon Europe” proqramı çərçivəsində 4,17 milyon avro vəsait ayrılıb.

“Fraunhofer IEM” tərəfindən əlaqələndirilən layihə real vaxt rejimində emissiyaların monitorinqi, süni intellekt və rəqəmsal əkiz texnologiyalarını birləşdirən enerji idarəetmə sistemi hazırlayacaq.

Sistem mövcud gəmi avadanlıqları ilə inteqrasiya olunaraq bahalı texniki dəyişikliklərə ehtiyac olmadan əməliyyat səmərəliliyinin artırılmasına imkan verəcək. Layihə çərçivəsində daxili su yollarında, sahilyanı və uzaq məsafəli gəmilərdə sınaqlar keçiriləcək.

Tərəfdaşlar ən azı 5 faiz yanacaq qənaəti, həmçinin karbon dioksid (CO₂),  azot oksidləri (NOₓ), kükürd oksidləri (SOₓ) və hissəcik emissiyalarının azaldılmasını hədəfləyirlər.

Layihə iştirakçıları hesab edirlər ki, mövcud qlobal donanmanın böyük hissəsi 2050-ci ildə də istismarda olacağından, dekarbonizasiya məqsədlərinə çatmaq üçün yeni gəmilərdən əlavə, hazırkı gəmilərin də modernləşdirilməsi vacibdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır