Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-11,
Seanews
Heyder Eliyev

Gəmi məlumatlarının toplanması üçün ucuz həll

“Smart Ship Hub” təxminən 600 ABŞ dolları dəyərində yeni gəmi üzərində quraşdırılan məlumat yazıcısı (data logger) təqdim edib.

“Seanews.az” xəbər verir ki, şirkət bu həllin gəmiçilikdə rəqəmsallaşma ilə bağlı yüksək xərcləri azaltmağı hədəflədiyini bildirir.

“Onboard Gateway” adlanan sistem gəminin əsas mühərriki, dizel generatorları, idarəetmə paneli (MOP), qazanlar, axınölçənlər, şaft gücü ölçən cihazlar, naviqasiya və yük sistemlərindən yüksək tezlikli əməliyyat məlumatlarını toplayır.

Cihaz həmçinin kənar (edge) analitika və yanacaq, gövdə, mühərrik və yük göstəricilərinə dair daxili məlumat emalı imkanları ilə təchiz olunub.

Şirkətin məlumatına görə, bu texnologiya həm xərclərə qənaət, həm də ekipajın əl ilə hesabat hazırlamasına sərf olunan vaxtın azalmasını təmin edəcək. Sistem “noon reporting” prosesini standartlaşdıraraq hesabat işlərinə sərf olunan insan əməyini təxminən 70% azalda bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır