Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-11,
Seanews
Heyder Eliyev

“Achilles” təchizatçılar üçün risk qiymətləndirmə xidmətini istifadəyə verib

Təchizat zəncirində risk və fəaliyyətin idarə edilməsi sahəsində fəaliyyət göstərən “Achilles” şirkəti süni intellekt dəstəyi ilə işləyən yeni “Achilles Risk Screening” platformasını təqdim edib.

“Seanews.az” xəbər verir ki, yeni xidmət şirkətlərə geniş təchizatçı bazasında potensial riskləri erkən mərhələdə müəyyən etməyə kömək edəcək.

Platforma “Achilles” şəbəkəsindəki 900-dən çox satınalan təşkilat və 300 min qlobal təchizatçı barədə məlumatları ESG (ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə), geosiyasi, kibertəhlükəsizlik, maliyyə riskləri, mənfi media xəbərləri və sanksiya siyahıları kimi üçüncü tərəf mənbələri ilə birləşdirərək risklərin davamlı monitorinqini təmin edir.

Şirkətin məlumatına görə, sistem mövcud təchizatçı yoxlaması və audit proqramlarını tamamlayaraq yüksək risk daşıyan təchizatçıların müəyyən edilməsinə, onların daha ətraflı qiymətləndirilməsinə və zəruri hallarda auditə cəlb olunmasına imkan verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır