Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-11,
Seanews
Heyder Eliyev

Konteyner gəmilərinin marşrutlaşdırılması üçün yeni rəqəmsal həll təqdim edilib

Amerika Gəmiçilik Bürosu (ABS) konteyner gəmilərinin istismar çevikliyini artırmaq məqsədilə “Eagle Croute” adlı yeni onlayn həllini istifadəyə verib.

“Seanews.az” xəbər verir ki, platforma marşrutdan asılı olaraq konteynerlərin bərkitmə qüvvələri üçün azaltma əmsallarını hesablayır və operatorlara yükləmə planlarını daha səmərəli hazırlamağa imkan verir.

Şirkətin məlumatına görə, dəyişən liman marşrutları, reyslərin ləğvi, yenilənən stouaj planları və geosiyasi risklər fonunda operatorların operativ qərar qəbul etməsinə ehtiyac artır. Bu baxımdan “Eagle Croute” konkret marşrut üzrə yük bərkitmə qüvvələrini qiymətləndirərək təhlükəsizlik tələblərinə əməl olunmaqla daha çevik yükləmə variantları təklif edir.

Sistem həmçinin mövsümi marşrutlar və 72 saatdan az davam edən qısa reyslər üçün hava və dalğa proqnozlarını nəzərə alaraq xüsusi azalma əmsallarını hesablaya bilir. ABS bildirir ki, bu imkanlar konteyner gəmilərinin reys planlaşdırılmasını və yük əməliyyatlarını daha səmərəli təşkil etməyə kömək edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır