Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-11,
Seanews
Heyder Eliyev

“Maersk” bütün donanmasında soyuducu konteynerlərin rəqəmsal bağlantısını təkmilləşdirib

“Maersk” soyuducu konteyner (reefer) parkında yeni nəsil Əşyaların İnterneti (IoT) bağlantı cihazlarının quraşdırılmasına başlayıb. Şirkətin məlumatına görə, iyun ayına qədər soyuducu konteynerlərin təxminən 30 faizi yeni sistemlə təchiz edilib.

“Seanews.az” xəbər verir ki, yeni IoT qurğuları mövcud avadanlıqları mərhələli şəkildə əvəz edərək bütün donanma üzrə vahid standart yaradacaq və temperatura həssas yüklərin daşınması zamanı məlumat mübadiləsini daha etibarlı edəcək.

Yenilənmə “Maersk”in 450 gəmidə tətbiq etdiyi yeni rəqəmsal bağlantı platformasının tərkib hissəsidir və yüklərin real vaxt rejimində izlənməsi imkanlarını genişləndirir.

Şirkətin bildirdiyinə görə, yeni cihazlar 4G və 5G şəbəkələrini dəstəkləyir, eyni zamanda 2G və 3G ilə uyğun işləyir. Günəş panelləri ilə enerji təmin olunan qurğular konteynerlərdən fasiləsiz məlumat ötürülməsinə imkan verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır