Gəmi maliyyələşdirilməsi sahəsində real vaxt rejimində emissiya monitorinqi mümkün olacaq
Artıq banklar və digər maliyyə qurumları maliyyələşdirdikləri gəmilərin karbon emissiyalarını real vaxt rejimində izləyə biləcək. Bu, “OceanPass” şirkəti ilə DNV-nin “Veracity” platformasının birgə hazırladığı yeni rəqəmsal həll sayəsində mümkün olacaq.
“Seanews.az” xəbər verir ki, yeni sistem beynəlxalq təsnifat cəmiyyəti DNV tərəfindən təsdiqlənmiş məlumatlara əsaslanır və illik hesabatları gözləmədən gəmilərin emissiya göstəricilərini operativ şəkildə təqdim edir. Bu da maliyyə qurumlarına kredit və investisiya qərarlarını daha dəqiq məlumatlar əsasında qəbul etməyə imkan verəcək.
Şirkətlərin bildirdiyinə görə, yeni həll gəmiçilikdə dekarbonizasiya prosesini dəstəkləyəcək və maliyyələşdirilən donanmanın ekoloji göstəricilərinin daha dəqiq qiymətləndirilməsinə şərait yaradacaq.

