Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

ABŞ-da “ağıllı” gəmi sistemlərini sınaqdan keçiriblər

ABŞ gəmilərdə istifadə edilə bilən "ağıllı" gəmi sistemlərinin sınaqlarının ilkin nəticələrini araşdırıb.

“Seanews.az” xəbər verir ki, “TİPPERS” adlanan internet sistemin sınaq mərhələsi 2020-ci ilin noyabr ayında keçirilib.

Sistem avadanlıqların, işçilərin və digər obyektlərin yerini və digər xüsusiyyətlərini izləmək üçün simsiz rabitə şəbəkəsindən istifadə edir. “TİPPERS” sistemi obyektləri real vaxt rejimində izləmək xüsusiyyətinə malikdir.

Sualtı məlumatları toplamaq üçün nəzərdə tutulmuş “WAR FOCUS” rəngli lazer portativ cihazı da sınaqdan keçirilib. Çoxsaylı daxili sensorlar okean mühitinin müxtəlif aspektlərinin dəqiq ölçülməsinə imkan verir və sualtı mühitin sensorlara və sistemlərə təsirini aşkar edir.

Bundan əlavə, internet və Wi-Fi-ın analoqu olan intranetə qoşulmaq üçün Li-Fi qaynar nöqtələr vasitəsilə işıq saçan diod (LED) işıqlandırma qurğusu üzərindən məlumat ötürən texnologiya da sınaqdan keçirilib. Bu texnologiya gəmilərdə daxili simsiz şəbəkəni təmin edərək şüalandırmanı azaltmaqla yanaşı, simsiz rabitənin təhlükəsizliyini də artıraraq donanma üçün faydalı olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır