Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Rusiyada avtonom rejimdə çalışan yeni sualtı aparat inşa ediləcək

Rusiya Nəqliyyat Nazirliyinin Yeni Texnologiyaların İnnovasiyası və Ağıllı Nəqliyyat Sistemlərinin İnkişafı Departamenti heyətsiz və avtonom rejimdə çalışan "SKAT" adlı yeni sualtı nəqliyyat vasitəsinin layihəsini nəzərdən keçirir.

“Seanews.az” xəbər verir ki, nəqliyyat vasitəsinin layihələndirilməsi ilə Telekommunikasiyalar İnstitutu məşğuldur.

Məlumata görə, "SKAT" hidravlik tikililərin texniki vəziyyətinin yoxlanılması, kanalların dərinliyinin ölçülməsi və dəniz yollarına nəzarət üzrə işlərin yerinə yetirilməsini təmin edir.

Üzən vasitənin layihəçiləri cihazın məlumatların toplanması, kəşfiyyat, axtarış, aşkarlama işlərinin aparılması və sualtı hidrotexniki qurğuların kəşfiyyatı missiyalarını yerinə yetirməsi funksiyalarını prioritet götürüblər.

Sualtı aparat avtonom rejimdə 4 saat çalışa bilir. Suyun üzərində olan zaman sürəti 3-5 uzel olan vasitə suyun altında 2 uzellə hərəkət edir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır