Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Ro-Ro tipli ilk hibrid gəmi suya salınıb

Çinin “Nanjing Jinling Shipyard” gəmiqayırma zavodunda “Finnlines” şirkətinin sifarişi ilə inşa edilmiş Ro-Ro tipli ilk hibrid gəmi suya salınıb.

“Seanews.az” xəbər verir ki, “Finneco I” adlanan yeni gəmi sözügedən şirkətin sifariş etdiyi üç gəmidən birincisidir.

Cari ilin sonunda istismara veriləcək gəmi Biskay körfəzi - Şimal dənizi - Baltik dənizi marşrutu üzrə hərəkət edəcək.  Yeni üzən vasitənin uzunluğu 238, eni 34 metr, dedveyti 17.4 min tondur.

Eyni seriyadan olan digər iki gəmi isə 2022-ci ildə təhvil veriləcək.

Məlumata görə, şirkətin sifariş etdiyi gəmilərin ümumi dəyəri 500 milyon avroya bərabərdir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır