Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Yük ünvanına ənənəvi dəniz yolundan 20 gün tez çatdırılacaq

Çinin cənubundakı Quanju limanından Avropaya intermodal dəmir yolu-dəniz servisi istifadəyə verilib.

“Sinxua” informasiya agentliyinin verdiyi məlumata görə, yüksək texnoloji elektronika avadanlığı ilə yüklənmiş 50 konteynerdən ibarət olan qatar Quanjudan Polşaya yola düşüb.

Təxminən 23 milyon 200 min ABŞ dolları dəyərində yük “LG” şirkətinin iki zavodundan gətirilib. Zavodlardan biri Quanjuda, digəri Vyetnamda yerləşir.

Yükün Polşaya 15 gündən sonra çatması gözlənilir. Bu müddət isə ənənəvi dəniz yolundan 20 gün tez deməkdir.

“China Railway Guangzhou Group” şirkətinin məlumatına görə, ilin əvvəlindən Orta Asiyanın Quandun əyaləti ilə Avropa arasında 5,3 min TEU  yükü  107 qatar daşıyıb. Hal-hazırda bu da rekord göstərici hesab edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır