Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Günəş enerjisi ilə işləyəcək “sanitar” gəmi

Hamburqda “One Earth — One Ocean” (oeoo) ekologiya təşkilatı inşaat materialları istehsalı üzrə ixtisaslaşan “Holcim” şirkətinin dəstəyi ilə günəş enerjisi ilə işləyən katamaranı suya buraxıb.

"Seanews.az" xəbər verir ki, «Circular Explorer» (“Dairəvi kəşfiyyatçı”) adlandırılan gəmi plastik məhsullar və digər zibillərin suyun üzərindən yığılması üçün nəzərdə tutulub. Bu “sanitar” gündə 4 ton zibil yığa bilən «Manatee» gəmisinin təkmilləşdirilmiş variantıdır.

«Circular Explorer»-dən əvvəlcə Baltik dənizində  istifadə ediləcək, sonra Fillippinə göndəriləcək.

Bundan başqa, «SeeElefant» yük gəmisi ekoloji məqsədlə 2024-cü ilədək “oeoo” layihəsi üzrə zəruri avadanlıqlarla təmin ediləcək. Modernləşdirildikdən sonra isə gəmi təkcə zibil yığmayacaq, həm də min tonlarla tullantının 99 faizini enerjiyə çevirə biləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır