Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Bu gəmidə hər şey sifarişçinin ürəyincə olacaq

“ABB” külək elektrik stansiyalarına xidmət edəcək kabelçəkən gəmini inteqrasiya edilmiş enerji təchizatı və elektrik hərəkət sistemi ilə təmin etmək üçün “Colombo Dockyard” gəmiqayırma şirkəti ilə müqavilə bağlayıb. Bu, “ABB”-dən “Azipod®” sistemi alan 300-cü gəmi olacaq.

Yüksək texnologiyalı gəmi 2023-cü ilə qədər Şri Lankanın aparıcı gəmiqayırma zavodunda inşa ediləcək və hazırda dünyada kabel çəkilişi və təmiri ilə məşğul  olan xüsusi gəmilərin 15%-ni özündə birləşdirən “Orange Marine France” donanmasının tərkibinə daxil olacaq. Uzunluğu 100 metrə çatan gəmi “Azipod®” sistemi də daxil olmaqla, “ABB”-nin enerji təchizatı, elektrik hərəkət və avtomatlaşdırma sistemləri ilə tam təchiz ediləcək. Müqavilənin maliyyə detalları açıqlanmır.

Kabelçəkən gəminin layihəsi  Norveçin “Vard Design”  konstruktor bürosu tərəfindən enerji istehsalı və istehlakında xüsusi vəzifələr nəzərə alınmaqla hazırlanmışdır. Mürəkkəb kabelçəkmə və təmir işləri üçün dəqiq yerləşdirmə və manevr qabiliyyəti vacibdir, tez və ya təcili işə salınması üçün isə gəmi nisbətən yüksək sürətə malik olmalıdır.

Gəmi sahibinin yanacağa maksimum qənaət etməklə yüksək sürətə malik olması tələblərini yerinə yetirmək üçün isə hər biri 1.8 meqavat gücündə iki “Azipod®” qurğusuna üstünlük verilmişdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır