Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Hələ keçən əsrin doxsanıncı illərində gəmilərin toqquşmasının qarşısını alan cihaz hazırlanıbmış…

“Seanews.az”-ın məlumatına görə, aviasiya toqquşmalarının qarşısını alan sistem gəmilər üçün uyğunlaşdırılacaq.

"Naviqator" SC oxşar aviasiya texnologiyalarından istifadə edərək gəmilərin toqquşmasının qarşısını alan sistemlər yarada bilər.

Bu barədə “Naviqator” Aviasiya Cihazları Sənayesi İnstitutunun baş direktoru Sergey Baburov TASS-a müsahibəsində danışıb.

"Əgər aviasiyada “ADS-B” anlayışı varsa, o zaman dəniz nəqliyyatında bir az fərqli adlansa da, təxminən eyni funksiyanı yerinə yetirir",- deyə izah edib.

Baş direktorun sözlərinə görə, keçən əsrin doxsanıncı illərinin sonlarında şirkət gəmilər üçün toqquşmanın qarşısını almaq funksiyasını yerinə yetirən oxşar bir cihaz hazırlamışdı, ancaq sonralar təkmilləşdirilmədi.

"Korma” portativ eniş sistemini götürsək, o da bu funksiyanı yerinə yetirə bilər. Və gəminin harada üzməsindən asılı olmayaraq, yeganə sual aralıq məsafəsidir. Bu məsələni həll etmək mümkündür  və şirkət bunu öz üzərinə götürməyə hazırdır”,- deyə Sergey Baburov əlavə edib.   


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır