Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Yedək gəmisi elektrik enerjisi ilə işləyəcək

“Corvus Energy” şirkəti , elektrik enerjisi ilə işləyən “Crowley eWolf” yedək gəmisini batareyalarla təmin edəcək.  

“Seanews.az” xəbər verir ki, ABŞ-ın Alabama ştatının “Master Boat Builders” qəmiqayırma zavodunda tam elektriklə işləyəcək ilk yedək gəmisi inşa edilir.

“Crowley Maritime Corporation” şirkəti üçün tikilən 24,9 metr uzunluğunda yedək gəmisi layihəyə görə, 70 ton dartma gücünə malik olacaq.

Ekoloji cəhətdən belə  təmiz yedək gəmisinin 10 il ərzində istismarı ətraf mühitə azı 178 ton azot oksidi emissiyalarının, 2,5 ton bərk hissəciklərin, 3,1 ton karbon qazının atılmasının qarşısını alacaq.  

Kaliforniya ştatının San Dieqo limanının dəniz terminalında yük gəmilərinə xidmət edəcək gəmi 2023-cü ilin ortalarında istismara veriləcəkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır