Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“CMA CGM” kiberhücuma məruz qalıb

“CMA CGM”  ad və soyad, işəgötürən, vəzifə, e-poçt ünvanı və telefon nömrəsi daxil olmaqla müştəri haqqında məhdud məlumatların sızdığını açıqlayıb. Şirkətin İT mütəxəssisləri problemi qısa zamanda həll ediblər.

“Seanews.az” xəbər verir ki, “CMA CGM” müştərilərə şəxsi məlumatlarını paylaşmamağı tövsiyə edib. Müştərilərdən, xüsusən də parol dəyişikliyi tələb edilirsə daha diqqətli olmaq, daşıyıcının platformalarına daxil olmağı tələb edən e-məktubların həqiqiliyini yoxlamaq tövsiyə olunub.

Xatırladaq ki, son illərdə dünyanın bir çox qabaqcıl konteyner xətləri – “Maersk”, “MSC”, “Cosco” və “CMA CGM”  böyük itkilərlə nəticələnən kiber hücumlara məruz qalıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır