Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Yaponiyada "Ağ balina" suya buraxılıb

Yaponiyada 29SS layihəli “JS Taigei” tipli ikinci yeni nəsil nüvəsiz sualtı gəmisi suya buraxılıb.

Mərasim “Kobe Mitsubishi Heavy Industries” gəmiqayırma zavodunda keçirilib.

Yeni sualtı gəmiyə "Hakuqey" ("Ağ balina") adı verilib. Bu layihənin bütün yeddi gəmisi böyük balığın adı ilə çağrılacaq.

“Taigei” seriyasının aparıcı sualtı gəmisi (JS Taigei - "Böyük Balina") hazırda dəniz sınaqlarından keçir və 2022-ci ilin mart ayında Yaponiya donanmasına təhvil verilməsi planlaşdırılır. İndiyədək bu seriyadan başqa bir sualtı gəminin bünövrəsinin qoyulması haqqında dəqiq məlumat var.

Yeni gəmilərin “Soryu” tipli sualtı gəmiləri əvəz etməsi nəzərdə tutulur. Onlar əvvəlki nəsil sualtı gəmilərin gövdəsinin ümumi formasını qoruyub, lakin bir sıra dizayn dəyişiklikləri edilib.

Uzunluğu 84 metr, eni 9,1 metr olan gəminin heyəti 70 nəfərdən ibarət olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır