Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-09-26,
Seanews
Heyder Eliyev

Türkiyəli şagirdlər dəniz təmizləyici robot hazırlayıblar

Türkiyənin Gəbzə bölgəsindəki özəl liseyin şagirdləri “Təmiz dünya” devizi altında maraqlı layihələr hazırlayırlar. Bu sırada onlar “Koridoras” adlı dəniz təmizləyici robot istehsal ediblər.

Robot uzaqdan idarə olunur və dənizdəki çirkabı və tullantıları öz anbarında toplayır. Gənc ixtiraçılar hazırda robotun uzaqdan idarəetmədən başqa, avtonom, yəni kənardan müdaxilə etmədən dənizdəki çirkabı təmizləmək üçün avtomatik işə düşməsi üzərində çalışırlar.

Bu layihəni hazırlamaqda məqsəd dənizdəki çirkləri, xüsusən də selikliliyi görmək idi. Sonradan bu işi davam etdirmək qərarına gəliblər. Nəticədə prototiplərdən sonra “Koridoras” adı verilən robot dünyaya gəlir. Onun istehsalında prototip hazırlanaraq Türk Alman Universiteti ilə əməkdaşlıq edilib. Təsvirin işlənməsi ilə bağlı kodlar yazıldıqdan sonra 3D formatında rəsm çəkilib. Daha sonra çəkilən robot şəklini sənaye üsulu ilə hazırlayıb yazılan kodlarla birlikdə emal etməyə başlayıblar. Hazırda robot uzaqdan idarə edilir, lakin ixtiraçılar onu təkmilləşdirməyi hədəfləyirlər. Layihənin devizi “Biz dünyanı daha yaxşı bir məkana çevirə biləcəyimizə inanırıq”dır.

"Azərbaycan" qəzeti


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır