Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Sualtı qayıqlar 1000 km-ə qədər uçuş məsafəsi olan qanadlı raketlərlə təchiz ediləcək

Yaponiya hökuməti bu onilliyin ikinci yarısında ölkənin sualtı qayıqlarını 1000 km-ə qədər mənzilli qanadlı raketlərlə təchiz etməyi planlaşdırır.

“Seanews.az” TASS-a istinadən xəbər verir ki, 1000 km-ə qədər mənzilli raketlərin sualtı vəziyyətdən buraxıldığı zaman yer hədəflərini vura biləcəyi ehtimal edilir. Bu, Yaponiyanın rəqibləri üçün buraxılışın haradan olacağını təxmin etməyi çətinləşdirəcək və ölkənin müdafiə qabiliyyətini artıracaq. Yaponiyanın 2022-ci maliyyə ili üçün (2022-ci ilin aprelindən başlayaraq) büdcə layihəsində bu raketlərin hazırlanmasına təxminən 39,3 milyard yen (təxminən 340 milyon dollar) ayrılıb.

Yaponiya hakimiyyəti müdafiə tədbiri kimi düşmən bazalarına qarşı qabaqlayıcı zərbələrin tətbiqi ilə bağlı müzakirə olunan konsepsiya çərçivəsində sualtı qayıqları raketlərlə təchiz etməyi nəzərdən keçirir. Hazırda Yaponiyada belə raketlər yoxdur və yalnız iki helikopter daşıyıcısını yüngül təyyarədaşıyıcılarına çevirmək üçün modernləşdirir. Ölkənin sualtı qayıqlarının sayı isə 21-i keçmir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır