Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“Rolls-Royce” gəmi mühərriklərini metanolla işləməyə uyğunlaşdıracaq

“Rolls-Royce”-un bölməsi olan “Power Systems”, metanoldan  təhlükəsiz istifadə etmək üçün gəmi dizel mühərriklərinin modernləşdirilməsinə başlayıb. Şirkət gəmiçilik sənayesini kommersiya gəmilərində və yaxtalarda artıq sınaqdan keçirilmiş MTU texnologiyasına əsaslanan yeni yüksəksürətli dördtaktlı mühərriklərlə təchiz etməyi planlaşdırır.

“Seanews.az” xəbər verir ki, şirkətdə hesab edirlər ki, metanol ekoloji cəhətdən təmiz və təhlükəsiz dəniz daşımalarını təmin etmək üçün optimal yanacaq ola bilər.

“Karbon-neytral” yanacağın istehsalı elektrik enerjisini sintetik yanacağa və digər son məhsullara (“power-to-X”) çevirən xüsusi texnoloji proseslər vasitəsilə mümkün olacaq.

Metanolun enerji sıxlığı digər ekoloji təmiz yanacaqlardan daha yüksəkdir və maye vəziyyətinə görə onu orta temperaturda asanlıqla saxlamaq və doldurmaq olar.

Ammonyakdan fərqli olaraq, metanol daha az zəhərlidir və ekoloji cəhətdən təmizdir. Digər bir üstünlük, metanol tanklarının yerləşdirilməsinin rahatlığıdır və bu, hidrogen və ya ammonyakla müqayisədə xüsusi təhlükəsizlik tədbirləri tələb etmir. Bundan əlavə, belə yanacağa keçid gəmi sahiblərindən daha az investisiya tələb edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır