Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Çəkisi çox olmayan yükləri dronlar gəmilərə çatdıracaq

Bütün dünyada konstruktorlar israrla belə bir suala cavab tapmağa çalışırlar: gəmilərin dayanma müddətini necə azaltmalı və limanları necə boşaltmalı. Budur başqa bir orijinal həll...

“Seanews.az” xəbər verir ki, Böyük Britaniyanın “Skyports”, Sinqapurun “ST Engineering” və Yaponiyanın “Sumitomo Corporation” şirkətlərinin daxil olduğu çoxmillətli konsorsiumun rəhbərliyi reyd və limanlarda gəmilər üçün yeni logistik təchizat zənciri layihəsinin işlənib hazırlandığını bildiriblər.

Perspektivli təchizat sisteminin əsas elementləri daşıma qabiliyyəti artanda da kifayət qədər yüksək uçuş sürətini saxlayan pilotsuz uçuş aparatları (PUA) olacaqdır. Layihə müəlliflərinin fikrincə, PUA-lar lazımi ləvazimatların gəmilərə çatdırılması vaxtını xeyli qısaldacaq ki, bu da yanalma körpülərində sərf olunan vaxtı azaldacaq.

“Yük” PUA-nın prototipi artıq yaradılıb və yaxın gələcəkdə Sinqapur limanında dronlar üçün xüsusi ayrılmış ərazidə sınaqları keçiriləcək. Sınaq uçuşları zamanı PUA-lar çəkisi 10 kq-a qədər olan yükləri sahildən gəmilərə çatdıracaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır