Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Xorvatiyda yeni nəsil yelkənli sərnişin gəmisinin tikintisinə başlanılıb

Xorvatiyanın Brodosplit gəmiqayırma zavodunda ekoloji baxımdan yalnız “təmiz” enerjidən istifadə edəcək yeni nəsil yelkənli sərnişin gəmisinin tikintisinə başlanılıb.

Seanews.az” xəbər verir ki, gəmi “DIV Group”-un mütəxəssislərinin, eləcə də bir neçə milli layihə-konstruktor bürosunun yaxından iştirakı ilə ərsəyə gələcək.

Uzunluğu 63 metr, eni 10 metr, dedveyti  500 ton olan gəmi göyərtəsinə 24 dəniz gəzintisi həvəskarımı qəbul edəcək.

Yelkənli gəminin gövdəsi və üst quruluşu poladdan, dirəkləri isə xüsusi alüminium-maqnezium ərintisindən hazırlanıb. Yelkənlərin köməyi ilə gəminin 10 düyünə qədər sürət yığa biləcəyi güman edilir.

Bundan əlavə, təsnifat cəmiyyətlərinin ümumi tələblərinə uyğun olaraq, gəmidə iki şərti dizel generatoru quraşdırılacaq, lakin mütəxəssislər onların yalnız fövqəladə hallar zamanı istifadə ediləcəyini vurğulayırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır