Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Avtonom gəmi üzmə məsafəsi üzrə rekorda imza atıb

Yaponiyada sahil dispetçer postundan nəzarət altında olan yüklə pilotsuz gəminin sınaq səfəri uğurla başa çatıb.

“Seanews.az” xəbər verir ki, eksperiment ölkənin 60-a qədər sənaye şirkəti və elmi təşkilatını, o cümlədən milli ticarət donanmasının ən böyük operatoru olan “Nippon Yusen Kabuşiki” (NYK) Korporasiyasını əhatə edən tam avtonom gəmilərin tikintisi və istismarı üzrə “MEGURI 2040” proqramı çərçivəsində həyata keçirilib. Proqramın əsas məqsədi avtonom üzgüçülüyü texnologiyalarının inkişafı və təkmilləşdirilməsidir.

Sınaq üçün uzunluğu 85 metr (279 fut) və dedveyti 1800 ton olan “Suzaku” gəmisi seçilib. Fevralın 26-da Tokio körfəzini tərk edən gımi dörd günlük səfərini Honsyu adasının cənub hissəsindəki Tsu-Matsusaka limanına daxil olmaqla başa çatdırıb.

Səfər zamanı gəmi təxminən 426 dəniz mili (təqribən 789 km) qət edib, bütün yol boyu avtonom rejimdə işləyib və qurudakı idarəetmə postundan idarə edilib. Eyni zamanda, marşrutun müəyyən hissələrində sürət 12 düyünə çatıb. Eksperiment  zamanı həm əsas marşrutda, həm limandan çıxarkən, həm də təyinat məntəqəsinin körpüsünə yanalma zamanı manevr texnikası xüsusi olaraq tətbiq edilib.

Sınaq iştirakçılarının fikrincə, ən çətin mərhələ sularında eyni vaxtda 500-ə qədər müxtəlif gəmi olan Tokio körfəzindən “Suzaku”nun müstəqil şəkildə çıxması olub.  

Proqramın iştirakçıları üzmə məsafəsinin artırılması ilə eksperimental avtonom naviqasiya sisteminin praktiki sınaqlarını davam etdirməyi planlaşdırırlar. Gələcəkdə hazırlanmış texnologiyanın müxtəlif tipli gəmilərdə, ilk növbədə konteynerdaşıyanlarda və bərələrdə geniş tətbiqi gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır