Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Yeni gəmiqayırma ideyaları – üzən ev, üzən otel, üzən ada

Kruiz gəmilərinin tikintisi üçün yeni sifarişlərin sayının pandemiyadan sonra azalması fonunda ixtisaslaşmış gəmi inşaatçıları öz təcrübə və imkanları üçün yeni imkanlar axtarır və tapırlar. Beləliklə, Britaniya gəmiqayırma şirkəti “Meyer Group” bu yaxınlarda perspektivli sənayenin inkişafının başlandığıını elan edib.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, söhbət layihələrin hazırlanmasından və sonradan üzən dəbdəbəli evlərin, həmçinin xüsusi platformalarda - “adalar”da yerləşdiriləcək otellərin tikintisindən gedir.

Orijinal ideyanı həyata keçirmək üçün “Meyer Group” artıq üzən daşınmaz əmlakın tikintisi üzrə ixtisaslaşan Finlandiyanın “Admares Marine” şirkəti ilə birgə müəssisə yaradıb. Xüsusilə, onun mütəxəssisləri Dubayda məşhur üzən “Burj Al Arab” otelinin layihələndirilməsi və tikintisi ilə məşğul olublar. Baş ofisi Finlandiyanın Turku şəhərində yerləşən yeni şirkət “Meyer Floating Solutions” adlanır.

Güman edilir ki, müasir üzən mehmanxanalardan geniş istifadə mehmanxana biznesində əsl inqilaba səbəb olacaq - axı belə bir otel öz sahibinə quruda tikilmiş adi oteldən xeyli ucuz başa gələcək. Bundan əlavə, turistlərin üstünlük verdiyi ərazilərdə torpaq sahələri hədsiz dərəcədə bahadır və onların sayı çox məhduddur.

Üzən ev və ya otel, demək olar ki, istədiyiniz hər hansı bir yerə bağlana bilər və lazım gələrsə, öz istəyinizlə köçürülə bilər. Hal-hazırda, üzən evlərin əksəriyyəti dəyişdirilmiş köhnə gəmilər, barjlar və ya debarkaderlər əsasında qurulur.

“Meyer Floating Solutions” şirkəti həm fərdi istifadə üçün (üzən evlər və villalar), həm də bir neçə yüz qonağı rahat qəbul edə bilən kifayət qədər böyük otellər üçün dəbdəbəli üzən daşınmaz əmlakın yeni nəslini yaratmaq niyyətindədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır