Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Uçan qayıq göyərtəsinə 9 nəfər götürə biləcək

Norveç konstruktorları əlçatmaz ərazilərdə istifadə üçün xüsusi uyğunlaşdırılacaq yeni nəsil dəniz nəqliyyat vasitələrinin yaradılması üzərində işləyirlər.

“Seanews.az” xəbər verir ki, Norveçin "Elfly" şirkəti orijinal layihəli uçan qayığın hazırlanmasına başladığını elan edib. Elektrik mühərriki ilə idarə olunacaq aparatdan həm hidrotəyyarə kimi, həm də məhdud su sahəsində yüksək sürətlə manevr edə bilən gəmi kimi istifadə olunacaq.

9 nəfəri göyərtəsinə götürə biləcək uçan qayığa “Sintef Осеаn” adı verilib. İki elektrik mühərriki olacaq qayıq 1700 kq ağırlığında güclü akkumulyatorla təchiz ediləcək.  Bu, qayığa 250 km/saat sürətlə 200 km-ə qədər məsafə qət etməyə imkan verəcək.

Layihənin ümumi dəyəri 1,8 milyon dollar qiymətləndirilir və “Elfly” şirkətinin rəhbərliyi 2030-cu ilə qədər 15-20 uçan qayığın buraxılmasına ümid bəsləyir. Gələcəkdə yüklərin daşınması, həmçinin çətin relyefli ərazilərdə yardım göstərmək üçün yeni uçan qayıqlardan istifadə etmək planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır