Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Xüsusi qanadları olan gəmi 22 düyün sürətlə hərəkət edəcək

İsveçin qayıq istehsalçısı “Candela” səkkiz nəfərlik “Candela C-8” elektrik gəmisini suya buraxıb. "Su üzərində Tesla" ləqəbli gəmi Niderlandın Qus Zeeland  şəhərindəki (“Electric Boat Show /ZEBS”) ixtisaslaşdırılmış salonda təqdim olunacaq və burada aprelin 27-dən mayın 1-dək nümayiş etdiriləcək.

“Seanews.az” xəbər verir ki, elektrik gəmilər ilk növbədə 2030-2035-ci illərdə su yollarında daxili yanma mühərrikləri olan gəmilərin istifadəsinə məhdudiyyətlər tətbiq edən qanunvericiliyin qəbul edildiyi Benilüks (Belçika, Niderland, Lüksemburq) sakinlərinin marağına səbəb olacaq.

Belə ki, Niderlandda 2030-cu ildən başlayaraq daxili yanma mühərriklərindən istifadə edən qayıq və yaxtalar Amsterdam və Rotterdam çaylarına və kanallarına, milli parkların su yollarına daxil ola bilməyəcək. Şəhər nəqliyyatının yaşıl rejimlərə keçidi məqsədi ilə Amsterdam 2025-ci ilə qədər bütün şəhərdə 23 000  enerjidoldurma stansiya quraşdırmaq üçün xüsusi proqram hazırlayıb.

Brüsseldə də (Belçika) istilik mühərrikləri olan avtomobillərin istifadəsini qadağan edən təqvim planı qəbul edilib - 2030-cu ilə qədər bu qadağa dizellə işləyən avtomobillərə, 2035-ci ilə qədər isə digər yanacaq növlərinə: qaz, benzin, hibrid mühərriklərə təsir edəcək.

Xüsusi qanadları olan və  22 düyün sürətlə hərəkət edən “Candela C-8” gəmisi  290 min avroya başa gəlib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır