Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Təsnifat cəmiyyəti balkerin LNG-dən ammonyak yanacağına keçid konsepsiyasını bəyənib

“Yaponiyanın “Nippon Kaiji Kyokai” Təsnifat Cəmiyyəti (“ClassNK”)  Ekoloji Təmiz Gəmi Planlaşdırma və Layihələndirmə Mərkəzinə (GSC) mayeləşdirilmiş təbii qazla işləyən “Panamax” tipli quru yük gəmisinin ammonyak yanacağına keçməsi  layihəsi üçün prinsipial təsdiq sertifikatı (AiP) verib.

Seanews.az” xəbər verir ki,  mühərriklər və yanacaq sistemləri yeni dəniz yanacaqları ilə işləyən zaman  təhlükəsizliyi təmin etmək məqsədi ilə “ClassNK” keçən il “Alternativ yanacaqlardan istifadə edən gəmilər üçün Təlimat” da nəşr edib.

Qeyd edək ki, Yaponiyanın  “Nippon Kaiji Kyokai” Təsnifat Cəmiyyəti (“ClassNK”) dünya üzrə ticarət donanmalarının təxminən 20%-nə təsnifat və texniki xidmətlər göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır