Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“Hapag-Lloyd” bütün konteynerlərinə nəzarət edəcək

“Hapag-Lloyd” bütün konteyner parkını “Hapag-Lloyd LIVE” texnologiyasından istifadə edərək real vaxt rejimində izləmə cihazları ilə təchiz edir.

“Seanews.az” xəbər verir ki, “Hapag-Lloyd” dünyada quru konteynerlərinin yerini, hərəkətini və vəziyyətini real vaxt rejimində izləyə və təhlil edə bilən ilk konteyner daşıyıcısı olacaq. 

2023-cü ilə qədər “Hapag-Lloyd” ümumi tutumu 3 milyon TEU olan konteynerləri izləmə cihazları ilə təchiz edəcək. İsveçrənin “Nexxiot” və Amerikanın “ORBCOMM “şirkətləri “Hapag-Lloyd”-un  konteyner parkının rəqəmsallaşdırılması üçün “IoT” texnologiyasının tədarükçüsü olacaqlar.

“Gələcəkdə biz müştərilərimizə bütün dünyada konteynerlərin istənilən hərəkəti və vəziyyəti haqqında tam məlumat verəcəyik. Biz gecikmələri əvvəlcədən aşkarlaya, müştəriləri avtomatik məlumatlandıra və problemi əvvəlcədən həll edə biləcəyik. İnanırıq ki, onlayn izləmə yanaşmamız təkcə müştərilərimizə fayda verməyəcək, həm də bütün konteyner daşıma sənayesində oyun qaydalarını dəyişdirəcək”, - deyə “Hapag-Lloyd” şirkətinin baş direktoru  Maksimilian Rotkopf bildirib.

Şirkət artıq konteynerlərin monitorinqi sisteminin tətbiqi üzrə təcrübəyə malikdir. 2019-cu ildə “Hapag-Lloyd” soyuducu konteynerləri oxşar cihazlarla təchiz etmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır