Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Yelkənin işi tam avtomatlaşdırılıb

Danimarka və Almaniya limanları arasında bərə xidməti göstərən “Scandlines” gəmiçilik şirkəti ikinci bərəsinə fırlanan yelkən quraşdırdığını bildirib.

“Seanews.az” xəbər verir ki, Almaniyanın Rostok limanında qısa dayanması zamanı “Berlin” yük-sərnişin gəmisinə (22,300 dwt) hündürlüyü təxminən 30 metr və diametri 5 metr olan konstruksiya quraşdırılıb.

Rotor yelkəninin istehsalı və quraşdırılması Finlandiyanın “Norsepower” şirkətinin mütəxəssisləri tərəfindən həyata keçirilib. Beləliklə, “Berlin” gəmisi Danimarka-alman operatorunun ekoloji cəhətdən təmiz köməkçi mühərriklə təchiz edilmiş ikinci bərəsi oldu. 2020-ci ildən analoji texnologiyadan eyni tipli “Kopenhagen” gəmisində istifadə edilib və növbəti iki il ərzində o, kifayət qədər yüksək səmərəlilik nümayiş etdirib.

Rotor yelkəninin işi tam avtomatlaşdırılmışdır. İdarəetmə sistemi küləyin istiqamətini və gücünü müstəqil olaraq təhlil edir, yelkənin işə salınması barədə qərar qəbul edir. Zəruri hallarda (məsələn, çətin hava şəraitində və ya yollarda və limanlarda manevr edərkən) rotor yelkəni söndürülə və gəmi həmişəki kimi hərəkətini davam  etdirə bilər

 “Scandlines” ən yeni bərələrindən ikisində rotor yelkənləri quraşdırmaq qərarına gəldi. Hər iki gəmi 2016-cı ildə Almaniyanın tərsanələrində tikilib. Uzunluğu 170 metr  olan bu gəmilərdən hər biri 1300 sərnişin, həmçinin 460 avtomobil və ya 96 yük maşını götürə bilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır