Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Plastik tullantıları “ovlayacaq” qeyri-adi gəmi

Almaniyadan olan konstruktor qrupu dənizdə boş butulkaları və digər plastik tullantıları toplayacaq, sonra isə ondan hidrogen istehsal edəcək xüsusi gəminin layihəsini hazırlayıb.

“Seanews.az” xəbər verir ki, Almaniyanın “Technolog Services” şirkəti plastikin təmizlənməsi üzrə ixtisaslaşacaq okean “zibil yığan” üçün orijinal konsepsiya təklif edib.

150 metr (490 fut) uzunluğunda gəminin dənizdə üzən plastik tullantıları anbarına, sonra isə hidrogen istehsal xəttinə daşıya bilən “aşağıya doğru açılan” burnu olacaq.

Plastikin əsas daşıyıcıya yığılmasına kömək edəcək iki kiçik gəmi uzunluğu 3 km-dən çox olan toru yedəkləyərək, əşyaları və onların parçalarını səthdən 9 metr dərinliyədək yığa biləcək. Bu əməliyyatlar zamanı sürəti 4 knot olacaq.

Hidrogen istehsalı termoliz əməliyyatı ilə həyata keçiriləcək. İlkin məlumatlara görə, bu yolla 600 kq plastik tullantıdan 100 kq-a qədər hidrogen əldə etmək olar. Sonra "yaşıl qaz"ın ultra aşağı temperaturda mayeləşdirilməsi və sonradan istehlakçılara göndərilməsi üçün konteynerlərdə saxlanması nəzərdə tutulur.

Layihəçilər qapalı texnoloji zəncir yaratmağı planlaşdırırlar: plastik - hidrogen - elektrik, bunun həyata keçirilməsi zamanı gəmi özünü lazımi enerji ilə təmin edəcək və bir ilə qədər açıq dənizdə işləyə biləcək.

“Technolog Services” şirkətinin  mütəxəssisləri hesab edirlər ki, yeni gəminin tikintisi iki ilə qədər vaxt aparacaq və hazırda bu layihə üçün investor axtarışında fəal iştirak edirlər.

Hidrogen-elektrik hərəkət sisteminin plastik ovçu gəmisində uğurlu sınaqdan keçirildiyi təqdirdə, şirkət onu daha böyük gəmilərdə - tankerlərdə və konteyner gəmilərində quraşdırmaq üçün təkmilləşdirməyə davam etmək niyyətindədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır