Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Dünyanın ilk balıq yetişdirmə gəmisi - VİDEO

Çinin şərqindəki Şandun əyalətinin Sindao şəhərində “Guoxin-1” “ağıllı” gəmisi təhvil verilib. Gəminin uzunluğu 250 metr, dedveyti  100 min ton, yükgötürmə qabiliyyəti 130 min tondur. Anbarında hər biri standart hovuzdan iki dəfə böyük olan 15 "akvarium" var. Gəmi ildə 3,7 min ton balıq istehsal etmək gücündədir.

“Seanews.az” xəbər verir ki,  “Guoxin-1” otuza yaxın patentləşdirilmiş texnologiya ilə təchiz edilib, lakin əsas yenilik dəniz suyunun anbar çənlərində fasiləsiz mübadiləsidir, beləliklə, balıqların optimal çoxalma şəraitini təmin etmək üçün su daim təmizlənir və dövriyyəyə buraxılır.

Eyni zamanda, “akvariumlar”da çoxalma sıxlığı lövbər qəfəslərində balıqların ənənəvi yetişdirilməsi ilə müqayisədə 4-6 dəfə yüksəkdir.

Gəmi Sarı, Şərqi Çin və Cənubi Çin dənizlərində balıq yetişdirilməsi ilə məşğul olacaq və ilk məhsul bu ilin payızına qədər bazara çıxarılacaq.

Eyni tipli “Guoxin-2” və “Guoxin-3” gəmiləri də tikilməkdədir və 2024-cü ilin mart ayına qədər təhvil verilməlidir. Daha yeni texnologiyalarla təchiz ediləcək “Guoxin-4” gəmisinin tikintisinə isə 2023-cü ilin sonunda başlanması nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır