Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“UECC” şirkəti ikinci hibrid avtomobil daşıyıcısını qəbul edib

“UECC” şirkəti ikinci “PCTC” (saf avtomobil və yük maşını daşıyıcısı) hibrid avtomobil daşıyıcısını istismara qəbul edib. “Auto Achieve” adlanacaq gəmi iyunun 13-də Çinin “Jiangnan” tərsanəsində təhvil verilib.

“Seanews.az” xəbər verir ki, ümumilikdə, “UECC” üç belə gəmi tikir. Seriyanın ilk avtomobil daşıyıcısı olan “Auto Advance” ötən ilin sonunda sifarişçiyə təhvil verilib, üçüncünün isə bu ilin sonunda təhvil verilməsi planlaşdırılır.

Hər üçü LNG ilə işləyə bilər və batareya ilə də təchiz olunduğu üçün karbon qazı emissiyalarını təxminən 25%, kükürd oksidlərini 90% və azot oksidlərini 85% (LNG istifadə etməklə) azaldır. Bundan əlavə, gəmilər bio-LNG və sintetik növ yanacaqla işləyə biləcəklər.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır