Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Avtonom konteyner gəmisi 790 kilometr məsafə qət edib

Yaponiyanın “Nippon Yusen Kabushiki Kaisha” gəmiçilik şirkəti 2021-ci ildən gəmilər üçün avtonom hərəkətetmə və uzaqdan idarəetmə sistemlərini inkişaf etdirən İsrailin “Ocra AI” şirkəti ilə əməkdaşlıq edir.

“Seanews.az” xəbər verir ki, əməkdaşlığın nəticəsi olaraq onların pilotsuz konteyner gəmisi cari il fevralın 26-dan martın 1-dək Tokio körfəzindən Mie prefekturasında yerləşən İse şəhərinə 790 kilometrlik sınaq səfəri həyata keçirib.Gəmi 99 faiz avtonom rejimdə olub və 107 manevr edib.

“Suzaku” 95 metrlik konteyner gəmisidir. “Ocra AI” şirkəti onu ətrafdakı gəmilərin hərəkətinə vaxtında reaksiya verən kameralar və kompüterlərlə təchiz edib. Bu da sıx limanlarda xüsusilə vacibdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır