Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Hücum katerinə yerli istehsal məlumat paylama sistemi inteqrasiya edilib

Türkiyənin “HAVELSAN” şirkəti tərəfindən hazırlanan Məlumat Paylama Sistemi (“GVDS”) Hərbi Dəniz Qüvvələri Komandanlığının inventarına daxil olan “TCG Kiliç” hücum katerinə inteqrasiya edilib.

Ordu.az xəbər verir ki, quraşdırılması və yığılması tamamlanan sistem bütün qəbul sınaqlarından uğurla keçərək istifadəyə verilib.

“GVDS” gəminin “ürəyi” rolunu oynayan, təhlükəsiz naviqasiya və bütün əməliyyat tapşırıqlarının fasiləsiz yerinə yetirilməsi üçün lazım olan platforma məlumatlarını toplayır, məlumatları təhlükəsiz və səmərəli şəkildə bütün alt sistemlərə tez və dəqiq paylayır.

Sistem etibarlı strukturu ilə naviqasiya və istismarın ən əsas elementi olaraq bir çox yerli və xarici gəmilərin məlumat paylama sistemi kimi xidmət edir.

“GVDS” Türkiyə Hərbi Dəniz Qüvvələrinin indiyədək 36 platformasına inteqrasiya olunub.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır